İstanbulda helikopter qəzası: 7 ölü - HADİSƏ YERİNDƏN

Türkiyədə helikopter qəzaya uğrayıb.

 

APA TV-nin Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, İstanbulun Bəylikdüzü rayonunda yanğınsöndürmə helikopteri qülləyə çırpılıb.

Helikopterdə 2-si pilot olmaqla, 7 nəfər olub.

Qəzaya uğraya helikopter “Eczabaşı” Şirkətlər Qrupuna məxsus olub.

 

Helikopterdə şirkətdə yüksək vəzifə tutan şəxslərin və xarici qonaqların olduğu da bildirilir. Dörd nəfərin Rusiya vətəndaşı olduğu dəqiqləşdirlib.

 

Hadisə yerinə çoxlu sayda təcili yardım maşınları göndərilib. 

 

Büyükçekmecə Bələdiyyəsinin sədri Hasan Akgün ərazidə yolun nəqliyyatın hərəkəti üçün bağlandığını deyib.


Qəzaya dumanın səbəb olduğu bildirilir.


 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR