Senator Makkeyn: "Siz Ərdoğanın nə qədər ciddi olduğunu anlamırsınız"

Senator Con Makkeyn ABŞ Mərkəzi Komandanlığının rəhbəri (CENTCOM) general Cozef Votelin PYD/YPG ilə b ağlı bəyanatını tənqid edib. APA TV-nin məlumatına görə, o qeyd edib ki, belə açıqlamalardan öncə Türkiyənin bu mövzuda maraqlarını nəzərə almaq lazımdır.

"Siz şəxsən Ərdoğanın bu mövzuya nə qədər həssas yanaşdığını və ciddi olduğunu anlamırsınız", - deyə senator iradını dilə gətirib.

Xatırladaq ki, Con Makkeyn ötən ayın son həftəsində Ankarada olub, prezident Ərdoğan və baş nazir Binəli Yıldırımla görüşüb.

General Cozef Votel isə Türkiyə barəsində Konqesin tədbir görməsini tələb edib. O deyib ki, Türkiyənin hərəkətləri və məntiqi bölgədə gərginliyi artırır.

Qeyd edək ki, Türkiyə Suriyanın şimalında keçirdiyi "Fərat qalxanı" əməliyyatı ilə Əl-Bba şəhərini İŞİD-dən təmizləyib. Bundan əlavə Türk Silahlı Qüvvələri İraqın şimalında PKK-ya qarşı da əməliyyatlar həyata keçirir.
 

Müəllif | Apa.Tv
Elvin Bayramlı

OXŞAR XƏBƏRLƏR