Son bir ildə ilk dəfə neft kəskin ucuzlaşmağa başladı

ABŞ-ın neft ehtiyatlarının həcminə dair son hesabat qiymətlərə dağıdıcı təsirini saxlayır. Birjalarda "Brent" markalı neftin bir bareli 52,55 dollardan satılır, Qərbi Texas neftinin qiyməti isə uzun müddətdən sonra ilk dəfə 50 dollardan ucuzlaşıb. Hazırda WTİ nefti 49, 67 dollardan təklif olunur ki, qiymətlərin gün ərzində bundan da aşağı düşəcəyi istisna deyil.

 

Qeyd edək ki, son iki gündə "Brent" neftinin qiyməti 4 dollar ucuzlaşıb. Sonuncu dəfə bu cür sürətli ucuzlaşma ötən ilin əvvəllərində qeydə alınıb. Bu gün ABŞ-da şist nefti hasil edən buruqların sayına dair növbəti hesabat açıqlanacaq. Buruqların sayında artımın olması nefti daha da ucuzlaşdıra bilər.

 

Bu gün birjaların son iş günüdür, OPEK-dən qiymətləri ən azı bu həddə saxlamaq üçün ciddi həmlə olmasa, neftin qiyməti 50 dollar səviyyəsinə enə bilər. İki gün əvvəl Küveytin energetika naziri OPEK-in gündəlik hasilatı 1,2 milyon barelədək azaltmaq öhdəliyini yerinə yetirməyə yaxın olduğunu açıqlayıb. Lakin bu açıqlama ABŞ-ın neft ehtiyatlarının bazara mənfi təsirini zəiflədə bilməyib. 

Müəllif | Apa.Tv
Ayşən Əhməd

OXŞAR XƏBƏRLƏR