ABŞ açıqladı: Rəqqanı Türkiyə ilə birgə azad etmək istəyirik
ABŞ Suriyanın Rəqqa şəhərinin İŞİD terrorçularından azad olunması əməliyyatını Türkiyə və koalisiya üzrə tərəfdaşları ilə birgə keçirmək niyyətindədir.
APA TV-nin məlumatına görə, bu barədə ABŞ Dövlət Departamentindən bildirilib.
"Rəqqanın azad olunmasının sonrakı mərhələlərini Türkiyə daxil olmaqla, koalisiyadakı müttəfiqlərimizlə birlikdə planlaşdıracağıq",- deyə Dövlət Departamentinin nümayəndəsi bildirib.
Qeyd edək ki, Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu ötən gün bildirib ki, Türkiyə, ABŞ və Rusiya qərargah rəislərinin bir neçə gün əvvəl keçirilmiş görüşündə Rəqqanın azad olunması əməliyyatının keçirilməsi müzakirə edilib. Onun sözlərinə görə, görüşdə heç bir qərar qəbul edilməyib, Amerika tərəfi isə qətiyyətsizlik nümayiş etdirib.
OXŞAR XƏBƏRLƏR
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı
TƏCİLİ: Tərtərdəki dəhşətli hadisə ilə bağlı bir nəfər SAXLANILDI
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA