İran yeni ballistik raketi sınaqdan keçirdi

İran İnqilab Keşikçiləri Korpusu (İİKK) ölkədə istehsal olunan "Hörmüz-2" yeni ballistik raketi sınaqdan keçirib.  APA TV-nin Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, qeyd olunan raketlər dəniz hədəflərini vurmaq üçün nəzərdə tutulub.

 

İİKK komandanı Əmir Əli Hacızadə bildirib ki, sınaqlar zamanı raket 250 km uzaqlıqda üzən hədəfi məhv edib.

 

Məlumata görə, "Hörmüz-2" raketi 300 km uzaqlıqda olan hədəfləri dəqiq vurmaq qabiliyyətinə malikdir.  

 

İran martın əvvəlində  "Fateh-110" ballistik raketini sınaqdan keçirib.

Müəllif | Apa.Tv
Nəsimi Nəbizadə

OXŞAR XƏBƏRLƏR