Ölkəsi etiraz etdi, o yenə prezident seçildi
Donald Tusk növbəti dəfə Avropa İttifaqı Şurasının prezidenti seçilib.
APA TV-nin Rusiya mətbuatına istinadən xəbərinə görə, əsasən də vətəni Polşadan ünvanına yönələn etirazlara baxmayaraq D. Tusk qurumun Brüssel sammitində tələb olunan sayda səs toplaya bilib.
Donald Tusk ilk dəfə bu vəzifənin icrasına 2014-cü ilin 1 dekabrında başlayıb. Reqlamentə uyğun olaraq, onun səlahiyyət müddəti isə cari ilin may ayının 31-də başa çatacaq.
Vətənində onun namizədliyinə qarşı etirazlar isə səbəbsiz deyil. Belə ki, rəsmi Varşava Donald Tuskun Avropada nüfuzlu şəxslərdən birinə çevrildikdən sonra Polşaya qarşı qərəzli yanaşma sərgilədiyini hesab edir. Digər tərəfdən Polşa dəfələrlə şura sədrliyinə namizədin məhz üzv ölkələr tərəfindən irəli sürülməli olduğunu bəyan edib.
Bu vəzifəyə digər namizəd olan Yatsek Sariuş-Volksiyə gəlincə isə, o ümumiyyətlə səs toplaya bilməyib.
OXŞAR XƏBƏRLƏR
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı
TƏCİLİ: Tərtərdəki dəhşətli hadisə ilə bağlı bir nəfər SAXLANILDI
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA