Putin 10 generalı işdən qovdu
Rusiya prezidenti Vladimir Putin 10 nəfər generalı istefaya göndərib.
APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, bunlar Daxili İşlər Nazirliyi, İstintaq Komitəsi (İK) və Federal Penitensiar Xidmətinin (FPX) zabitləridir.
İstefaya göndərilənlər arasında Privoljsk federal dairəsi üzrə DİN nəqliyyat idarəsinin rəisi Vladimir Berqlezov, İstintaq Komitəsinin Primorye vilayəti üzrə istintaq idarəsinin rəhbəri Sergey Bobrovniçiy, FPX-nın Saratov vilayəti üzrə idarə rəisi Aleksandr Qnezdilov, DİN-in Samara vilayəti üzrə Baş İdarəsinin rəisi Sergey Solodovnikov, DİN-in Voloqda vilayəti üzrə idarəsinin rəisi Vitaliy Fedotov, Nijniy Novqorod vilayəti üzrə DİN Baş İdarə rəisi İvan Şayev və Mordoviya üzrə FPX İdarə rəisi Ramazan Yaqyayev var.
İstefaya həmçinin Yəhudi Muxtar Vilayətinin prokuroru Lidiya Dyakonova və Çuvaşıya Respublikasının prokuroru Sergey Leqostayev göndərilib.
Kadr dəyişikliklərin səbəbi barədə məlumat verilmir.
OXŞAR XƏBƏRLƏR
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı
TƏCİLİ: Tərtərdəki dəhşətli hadisə ilə bağlı bir nəfər SAXLANILDI
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA