Şəmkir-Gədəbəy yolunda maşın aşdı, nənə və nəvə öldü

Şəmkirdə ölümlə nəticələnən yol qəzası baş verib. APA TV-nin məlumatına görə, hadisə Şəmkir-Gədəbəy avtomobil yolunun Qasımalılar kəndi ərazisində qeydə alınıb. Gədəbəy rayon Əlinağılar kənd sakini, 1953-cü il təvəllüdlü Zirəddin Vəliyev idarə etdiyi “Niva” markalı avtomobillə hərəkətdə olarkən maşın idarəetmədən çıxıb və yolun kənarına aşıb. Qəza zamanı sürücünün həyat yoldaşı, 1954-cü il təvəllüdlü Vəzifə Vəliyeva və onların nəvəsi, 2002-ci il təvəllüdlü Elzaməddin Vəliyev hadisə yerində ölüb. Sürücü və digər sərnişin, 1974-cü il təvəllüdlü Qalib Vəliyev yüngül xəsarət alıblar.

Faktla bağlı Şəmkir rayon Polis Şöbəsində araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR