Gəncədə qəza: Bacı və qardaşı maşın vurdu

Gəncədə bacı və qardaşı avtomobil vurub. APA TV-nin verdiyi məlumata görə, hadisə Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Hərəkətdə olan “VAZ 2106” maşını idarəetmədən çıxıb və maşın yolun kənarında dayana 14 yaşlı Briliant Məmmədovanı və onun qardaşı 7 yaşlı Hüseyn Məmmədovu vurub. Xəsarət alan Briliant Məmmədova Abbas Səhhət adına 1 saylı şəhər xəstəxanasına, oradan isə uşaq xəstəxanasına yerləşdirilib. Qardaşı Hüseyn isə özəl xəstəxanaların birinə aparılıb.

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

Müəllif | Apa.Tv
Azər Məmmədli

OXŞAR XƏBƏRLƏR