Rusiyada iki erməni biznesmen liftdə güllələndi

Rusiyada iki nəfər Ermənistan vətəndaşı güllələnib.

 

APA TV-nin erməni mənbələrinə istinadən verdiyi məlumata görə, hadisə Krasnodar vilayətinin Armavir şəhərində baş verib.

 

Qətlə yetirilən şəxslər iş adamları olub. Onların meyitləri çoxmərtəbəli binanın liftində tapılıb.

 

Öldürülənlərdən birinin 51 yaşı olub və onun həmin binada yaşayıb. Ondan yaşca kiçik olan ikinci şəxsin kimliyi məlum deyil. Onların topdansatış ticarətlə məşğul olduğu deyilir.

 

Ölən şəxsin qonşuları bildiriblər ki, bir müddət əvvəl iş adamı yeni məhsul almaq üçün böyük məbləğdə pul alıb.

 

Faktla bağlı cinayət işi açılıb.

 

Müəllif | Apa.Tv
Fərid Rəsulov

OXŞAR XƏBƏRLƏR