2 "KIA", 13 milyon rubl, 26 min 500 avro: DSX HESABAT VERDİ
Dövlət Sərhəd Xidməti tərəfindən 2017-ci ilin fevral ayı ərzində dövlət sərhədinin etibarlı mühafizəsi istiqamətində məqsədyönlü tədirlər həyata keçirilərək, qaçaqmalçılığa, qeyri-leqal miqrasiyaya, narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə uğurla davam etdirilib.
Ay ərzində dövlət sərhədini pozduqlarına görə 37 nəfər saxlanılıb. Onların 11 nəfəri Nigeriya, 10 nəfəri Azərbaycan Respublikası, 5 nəfəri Özbəkistan, 3 nəfəri İran İslam Respublikası, 2 nəfəri Moldova, 2 nəfəri 2 nəfəri Qana, hər ölkədən bir nəfər olmaqla Rusiya Federasiyası, Ukrayna, Gürcüstan, Türkmənistan vətəndaşıdır.
Sərhəd rejim qaydalarını pozarkən 498 halda 624 nəfər saxlanılaraq, barələrində müvafiq tədbirlər görülüb. Cinayətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində Azərbaycan Respublikası hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan 327 nəfər aşkarlanaraq, aidiyəti orqanlara təhvil verilib.
Narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbiləri nəticəsində 1 kiloqram 295,3 qram narkotik maddə aşkar edilərək götürülüb.
Qaçaqmalçılıq fəaliyyətinə qarşı mübarizə çərçivəsində həyata keçirilmiş tədbirlər nəticəsində ümumi dəyəri təqribən 246 min 188 manat olan qaçaqmal, o cümlədən 2 ədəd "KIA" markalı avtomobil, 1 ədəd tüfəng, 1 ədəd pnevmatik tapança, 12 ədəd patron, 1 ədəd elektrokeyləşdirici, 1290000 Rusiya Federasiyası rublu, 26500 avro, 2000 Azərebaycan manatı, 25 ədəd qədimi xalça, 2 ədəd qayıq, 100 ədəd qarmaq, 2553 metr tor, 3391 qutu pirotexniki vasitə, 12191 qutu siqaret, 61 ədəd mobil telefon, 6787 ədəd müxtəlif növ dərman preparatları, spirtli içkilər, sənaye və kənd təsərrüfatı malları saxlanılıb.
Dövlət sərhədlərimizin etibarlı mühafizəsinin təşkili istiqamətində tədbirlər davam etdirilir.
OXŞAR XƏBƏRLƏR
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı
TƏCİLİ: Tərtərdəki dəhşətli hadisə ilə bağlı bir nəfər SAXLANILDI
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA