Bakı-Sumqayıt yolunda qəza törədən sürücü saxlanıldı
Bu gün Bakı-Sumqayıt yolunda 5 nəfərin ölümü ilə nəticələnən qəza ilə bağlı cinayət işi başlanıb. “Ford Tranzit”i idarə edən sürücü ambulator müalicəyə yazıldıqdan sonra saxlanılıb. Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma 2 və daha artıq şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Şəfa Mehmanqızı APA TV-yə bildirib ki, həmin mikroavtobusa fərqlənmə nişanı verilməyib. Onun sözlərinə görə, Ford-Tranzit” markalı sərnişin mikroavtobusu qanunsuz fəaliyyət göstərib. Qanunsuz fəaliyyət göstərən sərnişindaşıma vasitələrinin aşkarlanaraq müvafiq tədbir görülməsinə isə Baş Dövlət Yol Polis İdarəsinin nəzarət edir.
Qeyd edək ki, Hadisəni törədən "50-BN-132" dövlət qeydiyyat nişanlı "Ford" markalı mikroavtobusun sürücüsü Sumqayıt şəhər sakini 1976-cı il təvəllüdlü Hüseynov Namiq Hüseyn oğludur.
OXŞAR XƏBƏRLƏR
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı
TƏCİLİ: Tərtərdəki dəhşətli hadisə ilə bağlı bir nəfər SAXLANILDI
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA