Bakıda hava günəşli olacaq, bölgələrdə külək əsəcək

Bakı və Abşeron yarımadasında martın 10-da hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə zəif duman olacaq.

 

Şimal-qərb küləyi gündüz mülayim  cənub-şərq küləyi ilə əvəz olunacaq.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən APA TV-yə verilən məlumata görə, havanın temperaturunun gecə 3-5, gündüz 10-15 dərəcə, Bakıda gecə 3-5, gündüz  13-15 dərəcə isti olacağı gözlənilir.

  

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.

 

Havanın temperaturunun gecə 2-7, gündüz 13-18 dərəcə, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 7-12 dərəcə isti olacağı gözlənilir.

 

Müəllif | Apa.Tv
Ayşən Əhməd

OXŞAR XƏBƏRLƏR