"Canlı bombalar" toyda partladı: 30 ölü

İraqın Tikrit şəhəri yaxınlığında keçirilən toy zamanı silsilə partlayışlar törədilib.

 

APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə,  4 kamikadze kütlə arasına daxil olaraq özünü partladıb.

 

Hadisə zamanı 30 nəfər həlak olub, 26 nəfər ağır yaralanıb. Rəsmilər ölü sayının artacağından ehtiyatlanır.

 

Partlayışlara görə məsuliyyəti hələlik heç bir qruplaşma öz üzərinə götürməyib.

 

 

 

Müəllif | Apa.Tv
Fərid Rəsulov

OXŞAR XƏBƏRLƏR