ABŞ Suriyaya əlavə qüvvələr göndərdi: Rəqqaya hücum başlayır
ABŞ Suriyaya çoxlu sayda hərbi kontingent göndərib. Dəniz piyadaları birləşmələri Rəqqa şəhərinin İŞİD terrorçularından azad edilməsi əməliyyatında iştirak edəcəklər. The Washington Post qəzetinin yazdığına görə, piyadalarla yanaşı Suriyaya haubitsa artilleriya batareyaları göndərilib. Onlardan Rəqqaya hücum zamanı atəş dəstəyi vermək məqsədilə istifadə olunacaq. Suriyaya göndərilən əlavə qüvvələr bu ölkədə olan 500 ABŞ hərbçisinin təhlükəsizliyini təmin etməli, qüvvələrin təchizatına lojistik dəstək verməlidir.
Xatırladaq ki, ABŞ rəsmiləri indiyə kimi Suriyada 500 nəfərlik hərbi kontingentin olduğunu açıqlamışdı. Bu hərbçilər əsasən İŞİD-ə qarşı döyüşən silahlı birləşmələrə təlim keçir.
Pentaqon Suriyaya əlavə qüvvələr göndərildiyi xəbərini təhlükəsizlik məsələləri ilə əlaqədar şərh etmək istəməyib.
OXŞAR XƏBƏRLƏR
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı
TƏCİLİ: Tərtərdəki dəhşətli hadisə ilə bağlı bir nəfər SAXLANILDI
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA