İsrail parlamentində "Allah əkbər" sədaları: "Azana qadağa" qanunu qəbul edildi

İsrail parlamenti günün müəyyən saatlarında azan oxunmasını qadağan edən qanun layihəsini ilk oxunuşda qəbul edib. APA TV-nin məlumatına görə, qanun layihəsi gecə saat 23.00-dan səhər 07.00-dək məscidlərdə səsgücləndirici vasitəsilə azan verilməsini qadağan edir. Knessetdə keçirilən ilk səsvermədə qanun layihəsinin lehinə 55, əleyhinə 48 millət vəkili səs verib.

Səsvermədən sonra ərəb millət vəkilləri "Allahu əkbər" deyə təkbir gətirərək etirazlarını ifadə ediblər. Kürsüyə çıxan ərəb millət vəkili Əhməd Tiybi "Azan namaza çağırışdır, Netanyahi və onun radikal sağçı tərəfdarlarının cəhdlərinə rəğmən azan bu torpaqlarda daim səslənəcək" deyib.

Qanun layihəsinin Knessetdə üçüncü oxunuşda qəbul edildikdən sonra qüvvəyə minə bilər.

Layihəyə əsasən, gecə 23.00-dan səhər 07.00-dək səsgücləndirici ilə azan verən məscidlər 1200 dollardan 2600-a kimi cərimə olunacaqlar. 

Müəllif | Apa.Tv
Fərid Rəsulov

OXŞAR XƏBƏRLƏR