Dollar bahalaşdı, avro, funt, lirə və rubl ucuzlaşdı - YENİ MƏZƏNNƏ
Azərbaycan Mərkəzi Bankı xarici valyutaların yeni məzənnəsini açıqlayıb. Rəsmi kursa əsasən, ABŞ dollarının məzənnəsi bahalaşaraq 1,7563 manat təşkil edib.
Avro manata nisbətdə ucuzlaşıb. Yeni məzənnəyə əsasən, bir avro 1,8494 manatdır.
İngilis funt sterlinqi, Rusiya rublu, Türkiyə lirəsi manata qarşı dəyər itirib. Məzənnəyə əsasən, 1 funt 2,1480 manat, 100 lirə 46,86 manat, 1000 Rusiya rublu 29 manat 90 qəpikdir.
Gürcü larisi manat qarşısında cüzi dəyər qazanıb. Mərkəzi Bank 100 larinin dəyərini 71,77 manat olaraq müəyyənləşdirib.
Azərbaycan Mərkəzi Bankı rəsmi məzənnələri həftə içi hər gün açıqlayır. Həftəsonu isə üçgünlük məzənnə açıqlanır.
OXŞAR XƏBƏRLƏR
17:05
742
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
14:29
855
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı
13:49
865
TƏCİLİ: Tərtərdəki dəhşətli hadisə ilə bağlı bir nəfər SAXLANILDI
14:39
1150
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ
10:29
1228
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA
17:40
1748