ABŞ-dan neftin qiymətinə dair rəsmi proqnoz: DƏYİŞMƏYƏCƏK
ABŞ Energetika Nazirliyi ölkədə neft hasilatının həcminə dair proqnozları yeniləyib. Nazirliyin proqnozlarına görə, 2017-ci ildə ölkədə sutkalıq neft hasilatının həcmi 9,21 milyon barelə çatacaq. Əvvəlki proqnozlarda bu həcm 8,98 milyon barel olaraq götürülürdü. Nazirlik 2018-ci ildə ölkədə gündəlik neft hasilatının 9,73 milyon barelə çatacağını gözləyir.
Hasilatın artmasına rəğmən, neftin qiymətində ciddi ucuzlaşma gözlənilmir. ABŞ Energetika Nazirliyinin hesablamalarına görə, 2017-ci ildə "Brent" markalı neftin orta qiyməti 54,62 dollar, Qərbi Texas neftinin orta qiyməti isə 53,49 dollar təşkil edəcək. Əvvəlki proqnozlarda bu rəqəmlər müvafiq olaraq 54,45 və 53,46 dollar olaraq açıqlanmışdı.
Yeni dəyərləndirmələrə əsasən, bu il bazarda gündəlik artıq neft həcmi 100 min barel olacaq, gələn il isə bu həcm 200 min barelə çatacaq.
Xatırladaq ki, fevral ayında dünya üzrə gündəlik hasil olunmuş neft ehtiyatlarının həcmi 1 milyon barel azalıb. Bu, 2014-cü ildən etibarən qeydə alınan üçüncü böyük həcmli azalmadır.
OXŞAR XƏBƏRLƏR
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı
TƏCİLİ: Tərtərdəki dəhşətli hadisə ilə bağlı bir nəfər SAXLANILDI
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA