Türkiyədə Azərbaycan vətəndaşını qarət edənlər tutuldu

Türkiyədə Azərbaycan vətəndaşını qarət etməkdə şübhəli bilinən üç nəfər saxlanılıb. APA TV-nin məlumatına görə, quldurluq hadisəsi Kocaeli vilayətinin Çayırova qəsəbəsində baş verib. Yük maşını sürücüsü olan Azərbaycan vətəndaşının yanına gələn maskalı şəxslər onu tüfənglə hədələyərək qollarını bağlayıblar. Maskalılar Azərbaycan vətəndaşının 800 dollar, 400 lirə pulunu, cib telefonunu götürərək hadisə yerindən uzaqlaşıblar.

 

Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluq hadisəsini törətməkdə şübhəli bilinən üç nəfər saxlanılıb. Onların avtomobilindən ov tüfəngi, iki maska, əlcək, saxta sürücülük vəsiqəsi və əldəqayırma bıçaq götürülüb.

 

Araşdırma nəticəsində məlum olub ki, şübhəli şəxslər ötən ilin oktyabrında başqa bir yük maşınını oğurlayaraq Ankarada işlənmiş ehtiyat hissələri satışı ilə məşğul olan bir nəfə satıblar.

 

Saxlanılan şəxslərdən ikisinin sənəd saxtalaşdırma, dələduzluq və başqasının əmlakına ziyan vurma əməllərinə görə axtarışda olduğu da üzə çıxıb.

 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR