Qvatemalada reabilitasiya mərkəzində yanğın: 19 uşaq yanaraq öldü
Qvatemalanın paytaxtında ailə zorakılığı qurbanları üçün reabilitasiya mərkəzində güclü yanğın baş verib. APA TV-nin məlumatına görə, hadisə nəticəsində 19 uşaq ölüb
Yanğın zamanı xəsarət alan 20 nəfər xəstəxanalara yerləşdirilib. Reabilitasiya mərkəzində baş verən yanğının səbəbi məlum deyil. Polis və yanğınsöndürmə xidməti tərəfindən araşdırma aparılır.
Qvatemala prokurorluğunun nümayəndəsi bildirib ki, hadisəyə mərkəzdə yaşayan yeniyetmələrdən birinin öz döşəyini yandırması və alovun bütün binanı əhatə etməsi səbəb ola bilər.
Qvatemala mətbuatının məlumatına görə, yanğından az əvvəl 60 yeniyetmə reabilitasiya mərkəzindən qaçıb. Yeniyetmələr mərkəzdə onlarla pis davranılmasına və yeməklərin keyfiyyətsizliyinə etiraz ediblər.
OXŞAR XƏBƏRLƏR
17:05
737
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
14:29
851
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı
13:49
861
TƏCİLİ: Tərtərdəki dəhşətli hadisə ilə bağlı bir nəfər SAXLANILDI
14:39
1150
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ
10:29
1228
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA
17:40
1748