“Barselona” tarix yazdı - Çempionlar Liqasında görünməmiş nəticə
“Barselona” Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyununda PSJ-ni 6:1 hesabı ilə məğlub edərək, 1/4 finala vəsiqə qazanıb. İlk oyunda kataloniyalılar 4:0 hesabı ilə məğlub olmuşdular. Əksəriyyət hesab edirdi ki, bu nəticədən sonra “Barselona”nın növbəti mərhələyə vəsiqə qazanması qeyr-mümkündür. “Pari Sen-Jermen”in prezidenti Nasser əl-Helayfi futbolçuları həvəsləndirmək üçün böyük məbləğdə mükafat da təyin etmişdi. 43 yaşlı qətərli komanda növbəti mərhələyə vəsiqə qazanacağı təqdirdə hər oyunçuya 1 milyon dollar mükafat veriləcəyini bildirmişdi.
“Barselona”ya gəlincə, Luis Enrikenin komandanın qarşısında demək olar ki, mümkünsüz vəzifə dayanmışdı. Çünki Çempionlar Liqasının tarixində ilk oyunda 4:0 hesabı ilə məğlub olan və ikinci oyunun nəticəsinə görə növbəti mərhələyə vəsiqə qazanan komanda yox idi. Amma “Barselona” sensasiya yarada bildi.
Oyunda hesabı 3-cü dəqiqədə Luis Suares açıb. 40-cı dəqiqədə isə PSJ-nin futbolçusu Kurzava avtoqola imza atıb və “Barselona” fasiləyə iki top üstünlüklə yollanıb. Fasilədən sonra türk əsilli almaniyalı hakim Dəniz Aytəkin PSJ-nin qapısına penalti təyin edib. Lionel Messi bu imkandan məharətlə istifadə edib - 3:0. Edinson Kavaninin cavab qolu oyunun taleyi ilə bağlı sualları aradan qaldırana bənzəsə də, “Barselona” həvəsdən düşməyib. Neymar oyunun sonunda iki dəqiqə ərzində dubla imza atıb və hesabı 5:1-ə çatdırıb. Oyunun əsas vaxtına əlavə edilmiş dəqiqələrdə Serxio Roberto “Barselona”nı növbəti mərhələyə çıxaran altıncı qolu vurub. Beləliklə, “Barselona” iki oyunun nəticəsinə görə 6:5 hesabı ilə üstün olub və 1/4 final mərhələsinə vəsiqə qazanıb.
OXŞAR XƏBƏRLƏR
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı
TƏCİLİ: Tərtərdəki dəhşətli hadisə ilə bağlı bir nəfər SAXLANILDI
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA