Tovuzdan Bakıya fəhləliyə gələn gənci maşın vurub öldürdü
Bakıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA-nın məlumatına görə, hadisə paytaxtın Xətai rayonu ərazisində, Nobel prospektində qeydə alınıb. Piyada keçidinin olmadığı ərazidə yolu keçən gənci “Mercedes” markalı avtomobil vurub. Zərbənin gücündən piyada yan tərəfdə hərəkət edən digər “Mercedes”in alın şüşəsinə çırpılıb və nəticədə dünyasını dəyişib.
Hadisə yerinə Xətai Rayon Polis İdarəsi və Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları cəlb olunub. Məlum olub ki, dünyasını dəyişən piyada Tovuz rayon sakini, 1994-cü il təvəllüdlü Mahmudzadə Elsevər Nazim oğludur. 23 yaşlı gənc Tovuzdan Bakıya gəlib və tikintilərdən birində fəhləliklə məşğul olub. Elsevər Mahmudzadə Nobel prospektində qohumları ilə birlikdə kirayədə yaşayırmış. O, martın 8-i saat 21 radələrində işdən çıxıb evə gedərkən yol qəzası baş verib.
Hadisənin baş verdiyi yerlə ən yaxın piyada keçidi arasında məsafə təxminən 400 metrdir. Lakin avtobus dayanacağı keçidin olmadığı yerdə yerləşdiyindən, piyadalar yolu keçiddən yox, qadağan olunmuş yerdən keçirlər. Bu səbəbdən, həmin yerdə tez-tez piyadaların vurulması ilə müşayiət olunan yol-nəqliyyat hadisələri baş verir. Faktla bağlı Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı
TƏCİLİ: Tərtərdəki dəhşətli hadisə ilə bağlı bir nəfər SAXLANILDI
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA