Şirvanda piyadanı vurub öldürən sürücü tutuldu

Şirvanda piyadanı vuraraq öldürən və hadisə yerindən qaçan sürücü saxlanılıb.

APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, martın 6-da gecə saat Şirvan şəhəri T. İsmayılov küçəsində Şirvan sakini, 1955-ci il təvəllüdlü Abışov Rüstəm Qardaş oğlu yolu keçərkən naməlum avtomobil tərəfindən vurulub.

62 yaşlı piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb. Sürücü hadisə yerindən qaçıb. Şirvan polis şöbəsinin keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində məlum olub ki,  hadisəni Şirvan sakini, 1969-cu il təvəllüdlü Ələkbərov Cahid Rizvan oğlu idarə etdiyi "Opel Astara" markalı 90 DB 469 dövlət nömrə nişanlı avtomobillə törədib.
  

C. Ələkbərov polis tərəfindən saxlanılıb.
 

Faktla bağlı Şirvan polis şöbəsi tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.

Müəllif | Apa.Tv
Nəsimi Nəbizadə

OXŞAR XƏBƏRLƏR