Milli Məclis Ombudsmanın illik məruzəsini qəbul etdi

Milli Məclis Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin illik məruzəsini qəbul edib. APA TV-nin məlumatına görə, məruzə parlamentin bu gün keçirilən plenar iclasında təqdim edilib.

 

Bildirilib ki, 2016-cı ildə Ombudsmana 20 minə yaxın müraciət daxil olub. Ötən il Müvəkkil və onun Milli Preventiv Qrupu (MPQ) tərəfindən 2016-cı ildə saxlanılan şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi yerlərə mütəmadi olaraq plan üzrə və ya plandankənar olmaqla, əvvəlcədən xəbərdarlıq edilmədən ümumilikdə 337, o cümlədən plan üzrə 254, plandankənar isə 83 başçəkmə həyata keçirilib.

 

Başçəkmələr zamanı müvəqqəti saxlanılma yerlərində 691, istintaq təcridxanalarında və cəzaçəkmə müəssisələrində 497, şəxsin öz iradəsi ilə tərk edə bilmədiyi digər müəssisələrdə 800-dək saxlanılan şəxslə birlikdə, həmçinin bu müəssisələrdə çalışan 500-dək xidmət əməkdaşı ilə hüquqi maarifləndirici fərdi söhbətlər aparılıb.

 

İllik məruzə səsverməyə çıxarılaraq qəbul edilib.

 

Müəllif | Apa.Tv
Sevinc Vaqifqızı

OXŞAR XƏBƏRLƏR