Putin və Medvedev Mehriban Əliyevanı təbrik etdilər
Rusiya prezidenti Vladimir Putin Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyevaya təbrik məktubu göndərib.
APA TV-nin məlumatına görə, təbrikdə deyilir: "Hörmətli Mehriban Arif qızı.
Sizi Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edirəm.
Qadınlar bütün dövrlərdə ailə ocağının, ailə dəyərlərinin və ənənələrinin mühafizəçiləri olub, sevgi və sədaqəti, qəlbin hərarətini və ümidləri təcəssüm ediblər.
Sizin həyatınızda işıqlı və sevincli günlərin mümkün qədər çox olmasını, işlərinizin və təşəbbüslərinizin həmişə uğurla nəticələnməsini ürəkdən arzu edirəm.
Sizə möhkəm cansağlığı, uğurlar və firavanlıq diləyirəm".
Qeyd edək ki, Rusiya Federasiyası Hökumətinin sədri Dmitri Medvedev də Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyevanı 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib.
OXŞAR XƏBƏRLƏR
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı
TƏCİLİ: Tərtərdəki dəhşətli hadisə ilə bağlı bir nəfər SAXLANILDI
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA