Yarımadada müharibə təhlükəsi: ABŞ raket sistemləri quraşdırmağa başladı

ABŞ Cənubi Koreyaya raket əleyhinə "THAAD" sistemlərinin quraşdırılmasına başlayır.  APA TV-nin xəbərinə görə, "THAAD" sistemlərinin hissələri artıq Osan hərbi bazasına çatdırılıb.

 

Pentaqon bunu Şimali Koreyanın yeni raket sınaqları təhlükəsi ilə izah edib. Raket əleyhinə sistemlərin quraşdırılması üzrə işlər iki ayadək davam edəcək.

 

Bundan başqa, Yaponiya ilə ABŞ-ın daxili işlər və müdafiə nazirləri arasında "2+2" formatında görüş planlaşdırılır. Bu barədə ABŞ prezidenti Donald Trampla Yaponiyanın baş naziri Sidzo Abe arasında telefon danışığı olub.

 

Qeyd edək ki, Şimali Koreya raketləri Yaponiya sərhədlərinin akvatoriyasında görünüb. Şimali Koreya martın 6-da növbəti ballistik raketi sınaqdan keçirib. Buraxılan 4 raket təxminən 1000 km uçub.


Pxenyan bəyan edib ki, raket sınaqları Yaponiyadakı Amerika hərbi bazalarının vurulma potensialının yoxlanması ilə əlaqədar sınaqdan keçirilib.

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR