ABŞ ordusu Menbiçə tam sahibləndi: Başqasına gərək yoxdur
ABŞ Müdafiə Nazirliyi (Pentaqon) hərbçilərin Menbiçin mərkəzində və ətrafında yerləşdiyini açıqlayıb.
APA TV-nin məlumatına görə, Pentaqon sözçüsü Ceff Deyvis "tərəflərin İŞİD xaric digər qruplara hücumlarının qarşısını almaq üçün koalisiyanın bir parçası olan ABŞ qüvvələrini yerləşdirərək gözlə görüləcək bəzi addımlar atırıq", - deyə bildirib.
Deyvis bunun ABŞ qüvvələri üçün yeni bir missiya olduğuna da diqqət çəkib və bunları söyləyib: "Bu, yeni bir addımdır. İlk dəfədir belə edirik və Menbiçdən düşmənin təmizləndiyini ortaya qoymaq məqsədilə gözlə görünən simvol olaraq ora yerləşirik. Başqalarının "qurtarmaq" məqsədilə Menbiçə girməsinə heç gərək yoxdur".
ABŞ-ın Menbiçə nə qədər hərbçi göndərdiyi isə açıqlanmayıb. "France Presse" agentliyi Suriyanın şimalında 500-ə qədər ABŞ hərbçisinin olduğunu yazıb.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan "Fərat qalxanı" hərəkatı daxilində Əl Babdan sonrakı hədəfin şimaldakı Menbiç şəhəri olacağını söyləmişdi.
Hazırda Menbiç əksəriyyəti kürd qruplardan təşkil olunan Suriya Demokratik Qüvvələri nəzdində fəaliyyət göstərən Hərbi Şura tərəfindən idarə edilir. Birliyin tərkibində Türkiyənin terror təşkilatı olaraq qəbul etdiyi YPG birlikləri də var.
Türkiyə YPG-nin Fərat çayının şərqinə çəkilməsini istəyir.
OXŞAR XƏBƏRLƏR
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı
TƏCİLİ: Tərtərdəki dəhşətli hadisə ilə bağlı bir nəfər SAXLANILDI
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA