KXDR Malayziya vətəndaşlarını ölkədən buraxmır - QALMAQAL

Koreya Xalq Demokratik Respublikası (KXDR) müvəqqəti olaraq Malayziya vətəndaşlarına ölkədən çıxmağı qadağan edib.

 

APA TV-nin "Reuters" agentliyinə istinadən xəbərinə görə, Şimali Koreya bu addımı hazırda Malayziyada olan vətəndaşlarının və diplomatlarının təhlükəsizliyi ilə izah edib.

 

Qeyd edək ki, Malayziya hökuməti Şimali Koreya səfirindən 48 saat ərzində ölkəni tərk etməyi tələb edib. Buna cavab olaraq eyni addımı rəsmi Pxenyan da atıb.

 

Şimali Koreya Xarici İşlər Nazirliyi hökumətin qərarı ilə bağlı Malayziya səfirliyini məlumatlandırıb və mübahisəli məsələnin iki ölkənin xeyrinə tezliklə həll olunacağını bildirib.

 

Malayziya polisi bildirib ki, 3 Koreya vətəndaşı Şimali Koreya liderinin qardaşı Kim Çen Namın ölümündə günahlandırılır və Kuala-Lumpur səfirliyində gizlədilib.

 

İki ölkə arasında münasibətlər Şimali Koreya lideri Kim Çen Inın böyük qardaşı Kim Çen Namın Kuala-Lumpur hava limanında sui-qəsd nəticəsində zəhərlənərək öldürülməsindən sonra gərginləşib.

 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR