Dolların kursu dəyişmədi, avro ucuzlaşdı

Azərbaycan Mərkəzi Bankı martın 7-si üçün dolların rəsmi məzənnəsini açıqlayıb.

 

APA TV-nin məlumata görə, dolların rəsmi məzənnəsi dəyişməyərək 1,7548 manat səviyyəsində müəyyən olunub.

 

Avro isə manata nisbətən ucuzlaşıb. Avrozonanın vahid valyutası azalaraq 1,8572 manat olub.

Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,1480 manatdır. Beləliklə, funt sterlinqin də məzənnəsində azalma baş verib.

 

Rusiya rublunun məzənnəsi dəyişməyib, Türkiyə lirəsi və Gürcüstan larisi isə bahalaşıb. Hazırda 1000 rubl 30 manat 10 qəpik, 100 lirə 47 manat 29 qəpik, 100 lari isə 71 manat 12 qəpikdir.
 

Azərbaycan Mərkəzi Bankı rəsmi məzənnələri həftə içi hər gün açıqlayır. Həftəsonu isə üçgünlük məzənnə açıqlanır.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR