Səudiyyə satdığı neftin qiymətinin qaldırır, neft bahalaşmağa başlayır

Səudiyyə Ərəbistanı mart ayında Asiya, Avropa və ABŞ bazarına satdığı neftin bütün növlərinin qiymətini qaldıracaq.

 

"Saudi Aramco" şirkətinin bu açıqlaması neftin qiymətinə pozitiv təsir edib. Açıqlamadan sonra birjalarda Arab Extra Light markalı neftin bir bareli 1,35 dollar bahalaşıb.

 

Bahalaşma "Brent" neftinin də qiymətinə təsir göstərib, son 24 saat ərzində bu markadan olan neftin maksimum qiyməti 56,19 dollar təşkil edib. WTİ nefti də bahalaşıb, hərraclarda Qərbi Texas neftinin bir bareli 53,50 dollardan təklif olunur.

 

Hazırda Arab Extra Light markalı neft "Brent"dən 1,55 dollar ucuzdur, "Brent" və WTİ markaları arasında fərq isə 2,69 dollara çatıb. Bu, bazarda Birləşmiş Ştatlardan qaynaqlanan faktorların zəifləməsi kimi dəyərləndirilir.

 

Qeyd edək ki, bu gün və sabah ABŞ-ın neft ehtiyatlarının həcminə dair hesabatlar açıqlanacaq. Artıq üçüncü həftədir ki, hesabatlar ərəfəsində Səudiyyə rəsmiləri bazarda neftin qiymətinin bahalaşmasına təsir göstərən açıqlamalar verir. Açıqlamaların məhz bazar ertəsi və çərşənbə axşamına təsadüf etməsi ABŞ-ın neft ehtiyatları faktorunun qiymətlərə neqativ təsirini zəiflətmək məqsədi daşıyır. 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR