Qərbi Mosulda 135 silahlı məhv edilib
İraq ordusu Mosulun qərbini İŞİD terrorçularından azad etmək üçün əməliyyatları davam etdirir. Son sutka ərzində bir sıra dövlət idarə və müəssisəsi İŞİD terror qruplaşmasının silahlılarından təmizlənib. Məlumata görə, hökumət qüvvələrinin hücumu nəticəsində 135 silahlı öldürülüb, həmçinin 24 minalanmış nəqliyyat vasitəsi məhv edilib, 156 müxtəlif partlayıcı qurğu zərərsizləşdirilib.
İraqın Mosul şəhəri 2014-cü il iyunun 10-da İŞİD silahlıları tərəfindən ələ keçirilib. Fevralın 19-a Mosul şəhərinin qərbinin İŞİD terrorçularından azad edilməsi əməliyyatı başlayıb. Şərqi Mosul ABŞ-ın rəhbərlik etdiyi koalisiyanın dəstəyi ilə keçən ilin oktyabrında başlayan əməliyyat nəticəsində terrorçulardan azad edilib. Mosulun azad edilməsi əməliyyatı 17 oktyabr 2016-cı ildə başlayıb.
OXŞAR XƏBƏRLƏR
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı
TƏCİLİ: Tərtərdəki dəhşətli hadisə ilə bağlı bir nəfər SAXLANILDI
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA