Çavuşoğlunun Almaniyadakı görüşü ilə bağlı müəmma
Almaniyanın Hamburq şəhərində yerli icra orqanları Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun iştirakı ilə keçirilməli olan tədbiri ləğv edib. APA TV-nin məlumatına görə, bu barədə xəbəri Almaniya mətbuatı yayıb. Bildirilir ki, martın 7-də keçirilməsi nəzərdə tutulan tədbirdə nazir Türkiyədə prezident üsul-idarəsinin tətbiqi ilə bağlı çıxış etməli imiş. Yerli hökumət görüşün ləğvinə səbəb kimi zalda yanğın təhlükəsizliyi tədbirlərinin təmin edilmədiyini gətirib.
Türkiyənin diplomatik mənbələri isə Hamburq şəhərində Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlunun iştirakı ilə tədbirin ləğv edilmədiyini, məkanın dəyişdirildiyini bildirir. Mənbələr Mövlud Çavuşoğlu və müşayiət edən nümayəndə heyətinin artıq Almaniyada olduğunu deyir. Martın 8-də Mövlud Çavuşoğlunun almaniyalı həmkarı Ziqmar Qabriellə də görüşü nəzərdə tutulub.
Mövlud Çavuşoğlu martın 6-da Antalyadakı çıxışında Almaniya hökumətinin ünvanına sərt ifadələr işlədib:
“Dünən axşam Ziqmar Qabrielə də dedim. Sizin etdiyiniz qəbul ediləndirmi, qardaşım? Otelə təzyiq edirsiniz. Almaniyada heç nə təsadüfi deyil. Almaniyada heç nə azad da deyil. Mən bunların ciyərini bilirəm. Ona görə də mənim qarşımda danışa bilməzlər. Üzlərinə deyirəm, ikili standartlarını, ikiüzlülüklərini deyirəm”.
Bundan əvvəl M.Çavuşoğlu Almaniya XİN rəhbəri Ziqmar Qabriel ilə telefon danışığında Türkiyənin ədliyyə naziri Bəkir Bozdağ və iqtisadiyyat naziri Nihat Zeybəkçinin iştirakı ilə tədbirlərin ləğvindən narahatlığını ifadə etmişdi.
OXŞAR XƏBƏRLƏR
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı
TƏCİLİ: Tərtərdəki dəhşətli hadisə ilə bağlı bir nəfər SAXLANILDI
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA