Trampdan yeni fərman - 6 ölkənin vətəndaşları ABŞ-a gedə bilməyəcək

ABŞ prezidenti Donald Tramp miqrasiya ilə bağlı yeni fərman imzalayıb. Fərman altı ölkənin vətəndaşlarının Birləmiş Ştatlara girişini və qaçqın qəbulunu qadağan edir. Sənəd martın 16-da qüvvəyə minəcək.

 

Yeni fərman Donald Trampın məhkəmə tərəfindən ləğv edilmiş əvvəlki fərmanından qadağanın tətbiq edildiyi ölkələrin siyahısından İraqın çıxarılması ilə fərqlənir. Fərman İran, Yəmən, Liviya, Suriya, Somali və Sudan vətəndaşlarının Birləşmiş Ştatlara daxil olmasını 90 gün müddətinə qadağan edir. Lakin qadağa yanvarın 27-nə qədər verilmiş və etibarlı vizaları və ya yaşamaq icazəsi olan  şəxslərə şamil edilmir. 

 

Bundan başqa, 120 gün müddətinə qaçqın qəbulu da dayandırılır. Bu qadağa qaçqın statusu alan və ya qəbul ediləcəyi vədi verilmiş və Amerika ərazisinə gəliş tarixi almış şəxslərə aid edilmir.

 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR