Amerikalıların 67 faizi Trampın istintaqa cəlb olunmasını istəyir - SORĞU

Amerikalıların 2/3 hissəsi hesab edir ki, prezident Trampın Rusiya ilə əlaqələrinin xüsusi yaradılmış orqan araşdırmalıdır.

 

APA TV-nin xəbərinə görə, ABŞ vətəndaşlarının 33 faizi Rusiyanı ABŞ üçün ciddi təhlükə sayır. Bir il əvvəl bu rəqəm 21 faiz təşkil edirdi. Bu rəqəmlər CNN telekanalının keçirdiyi sorğu nəticəsində ortaya çıxıb.

 

Respondentlərin 65 faizi hesab edir ki, Trampın Rusiya ilə şübhəli əlaqələrinin müstəqil təhqiqatçılar araşdırmalıdır. Sorğuda iştirak edənlərin yalnız 32 faizi bu işi Konqresə həvalə etməyi məqbul sayır. Seçkilərdə demokratlara səs verən amerikalıların 82 faizi Trampın şübhəli əlaqələri ilə bağlı təhqiqat aparılmasını vacib sayır, respublikaçı respondentlər arasında bu rəqəm 44 faizdir. Eyni zamanda ABŞ vətəndaşlarının 55 faizi Ağ Evin Rusiya ilə təmaslarından narahatlıq hissi keçirir.


Maraqlıdır ki, Donald Trampın Rusiya ilə əlaqələrinə dair xəbərlərə rəğmən, prezidentin reytinqi son bir ayda 1 faiz artaraq 45 faizə çatıb.

Müəllif | Apa.Tv
Fərid Rəsulov

OXŞAR XƏBƏRLƏR