Mehriban Əliyevanın deputat səlahiyyətlərinə xitam verildi
Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında V çağırış Milli Məclisin deputatı Mehriban Əliyevanın səlahiyyətlərinə xitam verilməsi məsələsi müzakirəyə çıxarılıb.
APA TV-nin məlumatına görə, MSK sədri Məzahir Pənahov Mehriban Əliyevanın Azərbaycan prezidenti İlham Əliyevin 21 fevral tarixli sərəncamı ilə birinci vitse-prezident təyin olunduğunu bildirib.
M.Əliyevanın deputat kimi uğurlu fəaliyyətindən söz açan M.Pənahov onun deputat səlahiyyətlərinə xitam verilməsi ilə bağlı MSK-ya müraciət etdiyini bildirib: "Mehriban Əliyeva prezident İlham Əliyevin ən yaxın silahdaşıdır. Ona birinci vitse-prezident kimi fəaliyyətində uğurlar arzulayırıq. Konstitusiyaya əsasən, Milli Məclis üzvü dövlət orqanlarında vəzifəyə təyin olunarsa, deputat kimi səlahiyyətlərinə xitam verilməlidir. Bununla bağlı Mehriban Əliyeva martın 3-də MSK-ya müraciət edib".
Daha sonra məsələ səsverməyə çıxarılıb və qəbul edilib.
OXŞAR XƏBƏRLƏR
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı
TƏCİLİ: Tərtərdəki dəhşətli hadisə ilə bağlı bir nəfər SAXLANILDI
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA