Bakıda 3 min manata buket - 8 MART REPORTAJI
Bəşəriyyət yaranandan bəri qadınlar gözəllik və zəriflik rəmzi hesab olunur. Hər ilin 8 Mart - Beynəlxalq Qadınlar günü qadınlara xüsusi diqqət ayrılır. İlin məhz bu günü hər bir qadın özünə qarşı diqqət və sevgi gözləyir. Xanımların ən çox sevdiyi hədiyyə isə güldür. Bəylərə yardım etmək məqsədilə istədik bir neçə gül mağazasına baş çəkib qiymətlərlə maraqlanaq.
Gül mağazasının satıcısı Elnur Hacıyev deyir ki, ötən illərlə müqayisədə bu il alıcılıq qabiliyyəti aşağı səviyyədədir. Müsahibimizin sözlərinə görə, buna səbəb əsasən gül mağazalarının sayının çoxluğu və qiymətlərin yüksək olmasıdır. Güllərin müxtəlifliyinə görə qiymətlər də dəyişir. Daha çox qızılgülə üstünlük verilir: "Qızılgüllər 4-6 manata arasında, səhra gülləri isə 2-4 manat arasında dəyişir. Orxideya gülləri var, dənəsi 40-50 manatdır".
Satıcı deyir ki, güllərin sayına uyğun olaraq buketlərin də qiyməti fərqlənir. Güllərin sayı az olduqda sadə formada, çox olduqda isə buket şəklində sifariş olunur. Buketlərin qiyməti 25 manatdan başlayaraq 3000 manata kimi dəyişir. Satıcı deyir ki, hazırda 40-50 manat arasında olan buketlərə daha çox üstünlük verilir. Amma təbii ki, istisnalar da var. Bu il müraciət edənlər arasında maksimum qiymətlərə gül buketləri sifariş edənlər də var. 500 manatdan 1500 manata kimi. Daha çox 301 ədəd qızılgül buketi sifariş edilib ki, qiyməti 1300 manatadır: "Sadə olanda zanbağa üstünlük verirlər. Zanbaqların qiyməti 3-4 manatdır. Xaricdən gəlmə zanbaqlardır. Səbətlər 150-200 manatdan başlayır".
Digər gül mağazasının satıcısı Vüsal İmanovun sözlərinə görə, onların müxtəlif cür səbət formasında güllərdən yığılma kolleksiyaları var ki, bu da müştərilərin daha çox diqqətini çəkir: "Qızılgüllərlə şokoladlar, belə bir şey var kitab formasında, bu il dəbdə bunlardır. Zanbaqlar daha çox istifadə olunur. Səbətin hazır formada qiyməti 40 manatdır. Kitab formasında olan da 40 manatadır".
Hazırda mağazada olan səbətlərin əksəriyyəti sifariş olunub. Digər güllərin qiymətləri ilə də maraqlanırıq: "Qızılgüllər 5 manatdır. Xaricdən gələn xarizantema, səhra gülləri var, onlar 4 manatdır. Hollandiya zanbağı 4 manat, yerli zanbaq 3 manata. Astrimeya var, 4 manata. Buket olanda qiymət qalxır, çünki əlavə güllər də gedir. 101 gül buket şəklində çıxır 400 manata. Əvvəl 101-in sifarişi 4-5 nəfər olurdu, indi hələ ki, 1 nəfərdir".
Baş çəkdiyimiz digər mağazada isə rəngarəng qızılgüllərə üstünlük verildiyini bildirdilər: "Rəngli qızılgüllər 6-7 manatdır. Sadələri 5 manatdır. Sadə qızılgüllərə daha çox üstünlük verirlər. Müxtəlif qiymətlərə təklif olunan güllər də var. Dənəsi 5-7 manat arasında dəyişir. Səbətlər 60 manat. Zanbaqlar var buket şəklindədir, içərisində 40 ədəddir, 50 manata satılır. Buketlərə bağlanılan çit gülü, çobanyastığı gülüdür ki, bir ədədi 3 manatdır".
Küçələrdə satılan nərgiz güllərinin qiyməti ilə də maraqlandıq. Bir bağlamasının qiyməti 1 manatdır.
OXŞAR XƏBƏRLƏR
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı
TƏCİLİ: Tərtərdəki dəhşətli hadisə ilə bağlı bir nəfər SAXLANILDI
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA