Binədə dəhşətli qətl: keçmiş nişanlısını və bacısını bıçaqladı
Bakının Binə qəsəbəsində qətl hadisəsi baş verib. Qəsəbə sakini, 1986-cı il təvəllüdlü Nəcəf Ramiz oğlu Məcidov nişanlısı, 1991-ci il təvəllüdlü İlahə Dəyanət qızı Ağayevanı və onu bacısı, 1997-ci il təvəllüdlü Rəhimə Dəyanət qızı Ağayevanı bıçaqlayıb.
Bacılar xəstəxanaya aparılsa da, İlahə Ağayeva yolda dünyasını dəyişib. Hadisəni törədən Ramiz Məcidov isə hadisə yerindən qaçıb.
Mərhumun xalası Gülməxmər Ağayevanın sözlərinə görə, Nəcəflə İlahə ötən ilin noyabr ayında nişanlansalar da, tez-tez mübahisə edirlərmiş. Oğlanın qeyri-stabil hərəkətləri, kobud davranışı qızı qəti qərar verməyə məcbur edib: "Qız dedi ki, ana, qaytar nişanımı. Getsəm belə, orda ölümümü görəcəksən. Dedik öz razılığınla bu işi görürsənsə, qaytaraq. Qaytardıq".
Nişan qayıdandan sonra Nəcəfin hədə-qorxuları artıb. Anasına İlahəyə dəstək göstərərək qorxmamasını tapşırıb. Aradan bir neçə gün keçəndən sonra Nəcəf yenidən keçmiş nişanlısına zəng vurub. Daha sonra dəstəyi anasına verməyi xahiş edib: "Dedi xalam qonaq çağırıb, deyib İlahəni də anası götürüb gəlsin bizə".
Daha sonra İlahənin anasının evdə olmadığını bilən Nəcəf onlara gəlib. Qapını mərhumun bacısı açıb: "Dedi, İlahə, muğayat ol, birdən nəsə edər sənə. Deyib yox. Bacısı görüb İlahənin boğazı kəsilib. Kiçik bacı qaçıb dayısını çağırmaq istəyəndə onun da başından tutub vurub divara, sonra da qarnından bıçaqlayıb".
Hadisəni törədəndən sonra Nəcəf qaçıb. Hazırda Xəzər RPİ-nin əməkdaşları onun axtarışı ilə məşğuldur.
OXŞAR XƏBƏRLƏR
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı
TƏCİLİ: Tərtərdəki dəhşətli hadisə ilə bağlı bir nəfər SAXLANILDI
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA