Şirvanda zəncirvari qəza: 4 avtomobil toqquşdu

“Hyundai” markalı avtomobili evlərindən qaçıran Şirvan sakini zəncirvari qəza törədib.

 

APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, “VAZ-2107”, “Hyundai” və iki “Mercedes” markalı avtomobillərin toqquşması nəticəsində “Hyundai”ın sürücüsü, 1989-cu il təvəllüdlü Eyvazov Zahid Mirqalib oğlu və “Mercedes”lərdən birinin sürücüsü, 1971-ci il təvəllüdlü Cəfərov Vidadi Əli oğlu xəsarət alıb. Hər iki sürücü reanimasiya şöbəsinə yerləşdirilib.

 

Z.Eyvazovun vəziyyəti ağır qiymətləndirilir. Faktla bağlı araşdırma aparılır.

 

 

Müəllif | Apa.Tv
Əlibəy Zeynallı

OXŞAR XƏBƏRLƏR