Şəmkirdə ağır qəza: 1 ÖLÜ, 4 YARALI
Şəmkirdə baş verən qəza zamanı bir nəfər ölüb, 4 nəfər yaralanıb. Dövlət Yol Polisi İdarəsinin İstintaq və Tədqiqat Şöbəsinin müstəntiqi Kərim Məmmədovun APA TV-yə verdiyi məlumata görə, hadisə Bakı-Qazax magistral yolunun 374-cü kilometrliyində, Şəmkir rayonu Könüllü kəndi ərazisində baş verib. Şəmkir rayon Könüllü kənd sakini, 54 yaşlı Raqif Hüseynovun idarə etdiyi “QAZel” markalı yük avtomobillə, Gürcüstan vətəndaşı, 22 yaşlı Muras Sadıqovun idarə etdiyi “Mercedes Vito” markalı avtomobil toqquşub. Hadisə zamanı “QAZel”in sürücüsü R. Hüseynov hadisə yerində keçinib. “Mercedes Vito” da olan 4 sərnişin isə müxtəlif bədən xəsarətləri alaraq, Şəmkir rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onlardan birinin vəziyyətinin ağır olduğu bildirilir. Kərim Məmmədovun bildirdiyinə görə, hadisəyə "QAZel"-in gözləmədən magistral yola çıxması səbəb olub. Faktla bağlı Dövlət Yol Polisi İdarəsinin İstintaq və Tədqiqat şöbəsində araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Səhiyyə Nazirliyi: Azad edilmiş ərazilərdə xəstəxanaların layihələndirilməsi işləri gedir
"Azərbaycanın yaratdığı əməkdaşlıq irsinə əsaslanan model formalaşdıracağıq"
Bakıda leysan, dağlarda qar gözlənilir - HAVA PROQNOZU
Bakıda və bölgələrdə güclü külək gözlənilir
Yardımlıda qədim dəfn adətlərinə dair FAKTLAR ÜZƏ ÇIXDI