ABŞ hərbçiləri Menbiçdə - REAL GÖRÜNTÜ

Suriyanın Menbiç şəhərindəki ABŞ zirehli hərbi avtomobillərinin fotoları yayılıb.

 

APA TV-nin məlumatına görə, şəhərin qərbindəki Yalanlı kəndidə yerləşən hərbi texnikanın üzərində ABŞ bayraqları diqqət çəkir. Fotoları "Frans-Press" agentliyi yayıb.

 

Eyni zamanda Hələb vilayətinə aid Menbiç şəhərinin Suriya Demokratik Güclərinin və beynəlxalq koalisiyanın nəzarətində olduğu barədə xəbər yayılıb. Bir neçə gün öncə Menbiç Hərbi Şurası açıqlama yayaraq şəhərin qərbinin Əsədə sadiq qüvvələrə təhvil verildiyini bildirmişdi. Rusiya Baş Qərargahından Sergey Rudskoy da xəbəri təsdiqləmişdi.

 

PKK-nın Suriya qolu olan YPG-nin rəhbərlik etdiyi Suriya Demokratik Güclərinin açıqlamasında bildirilir ki, "Menbiç və ətraf bölgələr bizim müdafiəmiz və beynəlxalq koalisiyanın nəzarəti altındadır".

 

Qeyd edək ki, Türkiyənin dəstəklədiyi Azad Suriya Ordusunun Menbiçə doğru hərəkət etməsindən sonra şəhərin qərbinin Əsəd qüvvələrinə təhvil verildiyi açıqlanmışdı. Türkiyə isə dəfələrlə Menbiçin PKK terror təşkilatının Suriya qolu PYD-nin silahlı qanadı YPG tərəfindən boşaldılmasını tələb edib.

Müəllif | Apa.Tv
Elvin Bayramlı

OXŞAR XƏBƏRLƏR