Rusiya səfirinin qətli ilə bağlı rus qadın tutuldu
Ötən ilin dekabrın 19-da Ankarada öldürülən Rusiya səfiri Andrey Karlovun qətli ilə bağlı yeni məqamlar üzə çıxıb.
APA TV-nin Türkiyə mətbuatına istinadən xəbərinə görə, səfiri öldürən polis məmuru Mert Altıntaşın hadisədən qısa müddət əvvəl telefonla danışdığı rus qadın həbs edilib.
Araşdırma zamanı onun 21-23 noyabr tarixləri arasında M.Altıntaşla bir neçə dəfə telefon və "Whatsapp" vasitəsilə əlaqə saxladığı üzə çıxıb.
Polisdən saxlanılan 33 yaşlı Yekaterinanın insan alveri ilə məşğul olduğu və Rusiyadan gətirilən qadınları iş adamlarına satdığı da bildirilib.
Yekaterina istintaqa Mert Altıntaşla görüşmədiyini, yalnız mesajlaşma yolu ilə əlaqə saxladığını bildirib. Polis qadının ətrafında əməliyyat tədbirlərini davam etdirir.
OXŞAR XƏBƏRLƏR
17:05
790
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
14:29
902
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı
13:49
909
TƏCİLİ: Tərtərdəki dəhşətli hadisə ilə bağlı bir nəfər SAXLANILDI
14:39
1155
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ
10:29
1232
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA
17:40
1752