Gənc sərhədçilərin andiçmə mərasimi keçirildi

Martın  4-də  Dövlət Sərhəd Xidmətinin Yevlax şəhərində yerləşən hərbi hissəsində gənc əsgərlərin andiçmə mərasimi keçirilib.

 

APA TV-nin xəbərinə görə, dövlət himninin səslənməsi ilə başlayan mərasimdə gənc əsgərlər təntənəli şəkildə hərbi anda gətirildikdən sonra Dövlət Sərhəd Xidmətinin rəisi - Sərhəd Qoşunla­rı­nın Ko­man­danı general-polkovnik Elçin Quliyevin təbriki çatdırılıb.

 

Çıxış edənlər Vətənə, dövlətə sədaqət andı içərək müqəddəs sərhəd­lərimizi şərəflə qorumaq məsuliy­yətini öz üzərilərinə götürən gənc əsgərlərin hərbi anda daim sadiq qalacaq­larına və xidmətdə yüksək nəticələrə nail olacaqlarına əminliklərini bildirib, onlara müvəffəqiyyətlər arzulayıblar.

 

Tədbirdə aprel döyüşləri zamanı ordumuzun uğurlu döyüş əməliyyatları nəticəsində Lələtəpə strateji ərazisinin erməni işğalından azad edilməsi Sərhəd Qoşunlarının şəxsi heyətində ruh yüksəkliyi yaratdığı və ölkəmizin ərazi bütövlüyünün bərpası üçün istənilən anda ordumuzla birgə hərəkət etməyə, Dağlıq Qarabağda və işğal altında olan digər ərazilərdə Azərbaycanın suveren hüquqlarının bərpası, Vətənimizin bütün sərhədlərinin mühafizə altına alınmasının təmin edilməsi uğrunda savaşa daim hazır olduğu xüsusi vurğulanıb.

 

Valideynlər yaradılmış şəraitə görə ölkə rəhbərli­yinə minnətdarlıqlarını bildirib, övladlarını təbrik edərək, vətən sərhədlərinin keşiyində ayıq-sayıq dayanmağı tövsiyə ediblər.

 

Tədbir gənc əsgərlərin təntənəli marşla tribuna önündən keçidi ilə başa çatıb. 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR