Bakıda qaçqınların hüquqlarının müdafiəsi ilə bağlı tədbir keçirildi
Azərbaycan qaçqın problemindən daha çox əziyyət çəkən ölkələr sırasındadır.
APA TV-nin məlumatına görə, bu fikirləri AMEA İnsan Hüquqları İnstitutunun direktoru Aytən Mustafazadə bu "Qaçqınların hüquqlarının müdafiəsi" mövzusunda keçirilən seminar zamanı bildirib: "Ermənistan-Azərbaycan münaqişəsi başladı və 1 milyon insan da məcburi köçkün olaraq öz evlərini tərk edib, dövlət içində miqrasiya edib başqa şəhərlərə köçdü. Bu böyük axın Sovetlər Birliyinin dağılmasının başlanğıcı oldu".
Avropa İttifaqının ölkəmizdəki nümayəndəsi Alessandro Budai isə ittifaqın qaçqınlarla bağlı təcrübəsinin öyrənilməsi istiqamətində ölkəmizin uğur qazandığını bildirib: "Avropa İttifaqı miqrasiya ilə əlaqədar balanslaşdırılmış siyasət həyata keçirməyə çalışır. Belə ki, 2016-cı ildə qaçqınlar və uşaq miqrantların hüquqlarını qorumaq üçün 1 milyard dollar ayırıb, onların insan alverindən qorunması üçün mühüm işlər görüb".
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sektor müdiri Nazim İsgəndərov isə deyib ki, ölkədə qaçqın hüquqlarının təminatı istiqamətində 96 fərman və sərəncam, eləcə də Nazirlər Kabineti tərəfindən 359 qərar qəbul olunub: "Onların haqqı ödənilmədən müvəqqəti yaşayış yerinə getmək və əmlakı aparmaq, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada lazımi dərman və tibbi yardım almaq, uşaqların və yeniyetmələrin müvafiq təhsil ocaqlarında təhsil alması və əvvəlki yaşayış yerlərinə qayıtmaq hüququ var".
Nazim İsgəndərov son illərdə ümumilikdə 240 minə yaxın insanın qaçqınlar üçün inşa olunan yeni qəsəbələrə köçürüldüyünü və bu siyasətin davam etdiriləcəyini bildirib.
Tədbir müzakirələrlə yekunlaşıb.
OXŞAR XƏBƏRLƏR
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı
TƏCİLİ: Tərtərdəki dəhşətli hadisə ilə bağlı bir nəfər SAXLANILDI
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA