Bakıda qayın yeznəsini qətlə yetirdi
Bakıda qayın yeznəsini qətlə yetirib.
APA TV-nin məlumatına görə, Suraxanı rayonu Əmircan qəsəbəsinin sakini, 1969-cu il təvəllüdlü Ramiz İbrahim oğlu Həsənov bacısının həyat yoldaşı, 1965-ci il təvəllüdlü Cavanşir Ənvər oğlu Hacıyevi bıçaqla qətlə yetirib.
R.Həsənov polis tərəfindən saxlanılıb. Rayon prokurorluğundan verilən məlumata görə, Ramizlə Ənvər axşam bir yerdə oturub yeyib içiblər. Daha sonra Ramiz yeznəsinə bir vaxtlar aralarında olan narazılığın səbəbini deyib və arada mübahisə yaranıb. Mübahisənin əlbəyaxa davaya çevrilməsinə Ramiz heç imkan verməyib və masanın üstündə olan bıçağı götürərək düz yeznəsinin ürək nahiyəsinə vurub. Aldığı xəsarətdən ev sahibi Ənvər Hacıyev hadisə yerində ölüb.
Hadisəni tərədən Ramiz Həsənovun əvvəllər məhkumluq həyatı yaşadığı bildirilir. Faktı Suraxanı Rayon Prokurorluğu araşdırır .
OXŞAR XƏBƏRLƏR
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı
TƏCİLİ: Tərtərdəki dəhşətli hadisə ilə bağlı bir nəfər SAXLANILDI
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA