Dolların kursu dəyişmədi - HƏFTƏNİN İLK MƏZƏNNƏSİ

Azərbaycan Mərkəzi Bankı martın 6-sı üçün dolların rəsmi məzənnəsini açıqlayıb.

 

APA TV-nin məlumata görə, dolların rəsmi məzənnəsi dəyişməyərək 1,7548 manat səviyyəsində müəyyən olunub.

 

Avro isə manata nisbətən bahalaşıb. Avrozonanın vahid valyutası artaraq 1,8604 manat olub.

Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,1555 manatdır. Beləliklə, funt sterlinqin də məzənnəsində artım baş verib.

 

Rusiya rublu və Türkiyə lirəsi bahalaşıb, Gürcüstan larisi isə ucuzlaşıb. Hazırda 1000 rubl 30 manat 10 qəpik, 100 lirə 47 manat 22 qəpik, 100 lari isə 70 manat 40 qəpikdir.
 

Azərbaycan Mərkəzi Bankı rəsmi məzənnələri həftə içi hər gün açıqlayır. Həftəsonu isə üçgünlük məzənnə açıqlanır.

Müəllif | Apa.Tv
Ayşən Əhməd

OXŞAR XƏBƏRLƏR