Gəncədə təhlükəli ərazidə qəza: piyada ölümdən döndü

Gəncədə yolu keçən piyadanı avtomobil vurub. APA TV-nin Qərb bürosunun məlumatına görə, hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb.

 

Goranboy rayon sakini 59 yaşlı Bayram Mustafayev "QAZ 3129" markalı avtomobil hərəkətdə olarkən yolu keçmək istəyən şəhər sakini 63 yaşlı Xumar Quluzadəni vurub.

Sürücü müxtəlif bədən xəsarətləri alan qadını dərhal Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına çatdırıb. Piyadaya sağ bazunun çıxığı və sol dizin sıyrığı diaqnozu qoyulub. Qadının vəziyyəti orta-ağır qiymətləndirilir.

 

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.


Qeyd edək ki, hadisənin baş verdiyi ərazi təhlükəli ərazi kimi tanınır. Mütəmadi olaraq orada piyada vurma hadisələri qeydə alınır.

Müəllif | Apa.Tv
Nəsimi Nəbizadə

OXŞAR XƏBƏRLƏR