Azərbaycan prezidenti İrana rəsmi səfər edib
Azərbaycan prezidenti İlham Əliyev İran İslam Respublikasında rəsmi səfərdə olub.
APA TV-nin məlumatına görə, prezident İlham Əliyevin şərəfinə Tehranın Sədabad sarayında fəxri qaravul dəstəsi düzülüb. Fəxri qaravul dəstəsinin rəisi dövlətimizin başçısına raport verib. Azərbaycanın və İran dövlət himnləri səslənib.
Prezident İlham Əliyevin və İran prezidenti Həsən Ruhaninin məhdud tərkibdə görüşü keçirilib.
Təkbətək görüş başa çatdıqdan sonra prezidentlər İlham Əliyev və Həsən Ruhaninin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub.
H. Ruhani qeyd edib ki, Azərbaycan prezidenti və nümayəndə heyətinin üzvləri ilə İranda keçirdikləri görüş bir başlanğıcdır.
Azərbaycanın dövlət başçısı İlham Əliyev dəvətə və göstərilən qonaqpərvərliyə görə minnətdarlıq edib. Dövlət başçısı əlaqələrin uğurla inkişafını yüksək qiymətləndirib. Azərbaycan prezidenti sarsılmaz dostluq əlaqələrini xüsusi vurğulayıb.
Daha sonra prezidentlərin mətbuat konfransı keçirilib.
Son illər siyasi və mədəni sahələrdə inkişafın, tranzit sahəsində əməkdaşlığın yaxşı səviyyədə qurulması, Azərbaycan Rəşt-Astara dəmir yolunun tikintisi, iki ölkənin neft sahəsində də etibarlılığı qeyd olunub.
Görüşdə Xəzər dənizində neft yataqlarının birgə işlədilməsi ilə bağlı müzakirələr aparılıb.
İran prezidenti bildirib ki, Qarabağ münaqişəsi müzakirə və siyasi yollarla öz həllini tapmalıdır.
Azərbaycanın dövlət başçısı İran-Azərbaycan əlaqələrini bütün region üçün önəmli hadisə kimi səciyyələndirib.
O, nəzərə çatdırıb ki, bu il Azərbaycanda "İslam Həmrəyliyi İli" elan edilib. Bunu Azərbaycanın İslam aləmində birliyin və həmrəyliyin möhkəmləndirilməsi üçün töhfəsi kimi dəyərləndirib .
Azərbaycan prezidenti İlham Əliyevin İran İslam Respublikasına rəsmi səfəri martın 5-də başa çatıb.
OXŞAR XƏBƏRLƏR
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı
TƏCİLİ: Tərtərdəki dəhşətli hadisə ilə bağlı bir nəfər SAXLANILDI
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA