Sinan Oğana hücum oldu - REAL GÖRÜNTÜ

Sinan Oğan Bahçeşehir Universitetində hücuma məruz qalıb.

 

APA TV-nin məlumatına görə, Türkiyənin Milliyyətçi Hərəkat Partiyasından tanınmış siyasətçi tribunada çıxış edərkən bir nəfər ona hücum edib. Siyasətçi hücumdan yara almadan qurtulub. Hücumu təşkil edən şəxs zərərsizləşdirilib.

 

Hücumdan sonra Oğan təkrara kürsüyə çıxaraq çıxışına davam edib və "bu gənci yoldan çıxarıb buraya göndərən əslində partiyamıza ziyan verir" deyib.

 

Hücum edən şəxsin kimliyi, saxlanılıb-saxlanılmadığı və siyasətçiyə nəyə görə hücum etdiyi məlum deyil.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR