ABŞ Dövlət Departamentindən Ermənistanla bağlı sərt hesabat
ABŞ Dövlət Departamenti insan hüquqları üzrə illik hesabatını açıqlayıb.
APA TV-nin məlumatına görə, hesabatın Ermənistanla bağlı olan hissəsi xüsusilə diqqət çəkir.
Sənəddə məmurların dövlət resurslarını "Respublika" partiyasının hakimiyyətini zorla əldə saxlamaq üçün istifadə etdiyi, korrupsiyaya bulaşmış məmurların hələ də hakimiyyətin müxtəlif təbəqələrində təmsil olunduğu göstərib.
Hesabat mətnində Ermənistanda insan hüquqlarının pozulması, hərbi qulluqçular arasında qeyri-döyüş şəraitindəki ölüm halları, dinc nümayişçilərin fiziki təzyiqlərlə üzləşməsi, dinc aksiyalar zamanı nümayişçilərin qətli, jurnalistlərə qarşı zorakılıq, məhkəmələrin sifarişli qərarlar verməsi, hüquq-mühafizə orqanları arasında korrupsiya, habelə məhkəmə sistemində rüşvət hallarının artmasına geniş yer ayrılıb.
Hesabat müəllifləri həmçinin Ermənistanda polisin vətəndaşları qanunsuz olaraq azadlıqdan məhrum etdiyi, hüquqlarını pozduğu da göstərilib. Sənədin mətnində Ermənistan hökumətinin göstərişi ilə insanların dini etiqad azadlıqlarının pozulması faktlarına da yer ayrılıb.
Qeyd edək ki, hesabat müəllifləri dövlət məmurlarının fəaliyyətsizliyi nəticəsində yaşanan insan ölümləri və intiharlara görə Ermənistanda son illər heç kimin məsuliyyətə cəlb edilmədiyini xüsusi vurğulayıb.
OXŞAR XƏBƏRLƏR
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı
TƏCİLİ: Tərtərdəki dəhşətli hadisə ilə bağlı bir nəfər SAXLANILDI
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA