Bakıda Avropa Qəzetçilər Dərnəyinin tədbiri keçirilib
"Mətbuat dağıdıcı yox, qurucu olmalıdır. Bəzi yerli saytlar var ki, Ermənistan mətbuatında verilən məlumatları olduğu kimi yayır. Bu yolverilməzdir". APA TV-nin xəbərinə görə, bunu Milli Məclisin deputatı Musa Qasımlı Avropa Qəzetçilər Dərnəyinin təşkilatçılığı ilə keçirilən tədbirdə deyib.
O, Azərbaycan mətbuatının bugünkü fəaliyyətindən razı olduğunu, lakin bəzi nöqsanların aradan qaldırılmasının vacibliyini qeyd edib: "Məsələn, Dağlıq Qarabağda erməni əsgəri ölüb. Bunu bizim saytlar eyni ilə götürüb yazır. Bu, bizim maraqlarımıza uyğun deyil. Necə yazıla bilər? Ermənistan tərəfindən Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ regionunda işğalçı əsgər gəbərdilmişdir".
Millət vəkili deyib ki, şəhid hansı kənddəndirsə, həmin kənddə dəfn olunmalıdır: "Məsələn, erməni mətbuatı xəbər verir ki, Bakıda Şəhidlər Xiyabanında yer yoxdur, Azərbaycan hökuməti Şəhidlər Xiyabanında şəhidi dəfn etməyə icazə vermədi. Gəlin, Azərbaycan vətəndaşı kimi düşünək. Şəhid hansı kənddəndirsə, həmin kənddə də dəfn olunmalıdır. Nə üçün? Müəllim bir gün uşaqların əlindən tutub aparacaq o şəhid məzarına, onun qəhrəmanlığından danışacaq".
Milli Məclisin deputatı Adil Əliyev bildirib ki, Azərbaycanın Avropaya inteqrasiyasında Avropa Qəzetçilər Dərnəyinin rolu böyükdür: "Azərbaycanın dünyada tanıdılmasına, həqiqətlərimizin ölkə hüdudlarından kənarda tanıdılmasında böyük işlər görülür və görülməlidir. Çünki Azərbaycan hazırda işğala məruz qalan dövlətdir və buna görə biz haqq səsimizi dünyaya çatdırmalıyıq".
Avropa Qəzetçilər Dərnəyinin Azərbaycan nümayəndəliyinin rəhbəri Afaq Fərzəlibəyova deyib ki, dərnəyin əsas fəaliyyəti türkdilli ölkələr arasında əməkdaşlığa dəstək vermək, təhsil, mədəniyyət və digər sahələrdə baş verən yenilikləri işıqlandırmaqdır.
OXŞAR XƏBƏRLƏR
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı
TƏCİLİ: Tərtərdəki dəhşətli hadisə ilə bağlı bir nəfər SAXLANILDI
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA